EN

Anna SƏSSİZLİYİ POZDU - Paşinyan haqqında GÖRÜN NƏ DEDİ

Ermənistan baş naziri Nikol Paşinyanla münasibətlərinin pozulmasına baxmayaraq, Anna Akopyan qarşıdan gələn parlament seçkilərində ona səs verməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.

Məlumata görə, Akopyan yaxın ətrafı ilə söhbəti zamanı səmimi etiraflar edərək, birmənalı şəkildə Paşinyanın yenidən seçilməsinin tərəfdarı olduğunu və ətrafındakılara da eyni addımı atmağı tövsiyə etdiyini bildirib.

Anna Akopyan şəxsi münasibətlərin siyasi qərarlara təsir etməməli olduğunu vurğulayıb:

“Bizim münasibətlərimiz sizin baş nazirə olan münasibətinizin dəyişməsinə təsir etməsin. Mən özüm vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və birmənalı olaraq səsimi hazırkı baş nazirə verəcəyəm”.

Musavat.com

Chosen
18
musavat.com

1Sources