EN

Antalyada İran münaqişəsinin nizamlanması yolları müzakirə ediləcək

Bakı.Trend:

Türkiyədə keçirilən V Antalya Diplomatiya Forumu çərçivəsindəTürkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının xarici işlərnazirləri bir araya gələrək gündəmdə olan regional məsələləri ocümlədən İran münaqişəsinin nizamlanması ilə bağlı yolları müzakirəedəcəklər.

Trend xəbər verirki, bu barədə xarici mediaya istinadən xəbər verir.

Adı çəkilən dörd ölkədən olan nazirlər mart ayında İranmünaqişəsinin həlli ilə bağlı səylər çərçivəsində iki dəfə görüşkeçirib. Xüsusilə, NATO üzvü olan Türkiyə ABŞ, İran və danışıqlaravasitəçilik edən Pakistanla yaxın təmaslardadır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Chosen
16
3
az.trend.az

4Sources