EN

Bakıda gecə klubunun qarşısında dava: “Bacımı hədələyirdi”

Bakıda 1997-ci il təvəllüdlü Elşən bacısının keçmiş həyat yoldaşı Səfəri (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Publika.az Teleqraf-a istinadən verir ki, o, 2023-cü ilin iyunun 7-də saat 00:30-da “Extra” adlı gecə klubuna müştəri düşürərkən bacısı Əsmərin keçmiş əri Səfəri orada görüb.

Elşən ona ailəli olduğu dövrdə bacısını döydüyünü, övladı Amilə maddi-mənəvi dəstək olmadığını, onunla maraqlanmadığını irad tutub. Yaranmış mübahisə zamanı o, ov bıçağı ilə Səfərə ardıcıl zərbələr vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Elşənin barəsində Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları gəzdirmə) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Elşən özünü Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilib. İfadəsində göstərib ki, bir müddətdir taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü müştərini təyinat yerinə çatdırdıqda təsadüfən bacısının keçmiş həyat yoldaşı Səfəri görüb: “Bir az danışdıq, sonra mübahisə etdik. Söhbət əsnasında o, mənim başıma kəllə ilə zərbə endirdi, əlini belinə doğru hərəkət etdirdi. Elə bildim, bıçaq çıxaracaq. Amma bıçaq çıxarmadı, mənə zərbələr endirməyə başladı.

Chosen
24
publika.az

1Sources