EN

“Ümummilli Lider Heydər Əliyev irsi: Müasir liderlik və gənclərin dövlətçilikdə rolu” - MÜZAKİRƏ

Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev irsi: Müasir liderlik və gənclərin dövlətçilikdə rolu” mövzusunda panel müzakirəsi keçirilib.

Hafta.az xəbər verir ki, GİKM-nin məlumatına görə tədbirdə GİKM-in Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev, mərkəzin Gəncə-Daşkəsən regional nümayəndəliyinin koordinatoru Alagöz Quliyeva, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Mələk Qurbanova çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin Azərbaycan dövlətinin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, həmçinin Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxış edərək vurğulayıblar ki, Ulu Öndərin həyat yolu dövlətçilik, liderlik və xalqa xidmət nümunəsidir.

Çıxışlarda qeyd olunub ki, müasir liderlik yalnız idarəetmə ilə məhdudlaşmır, eyni zamanda, məsuliyyət, uzaqgörənlik, xalqa bağlılıq və milli dəyərlərə sədaqəti özündə ehtiva edir. Bu xüsusiyyətlər Heydər Əliyev siyasi məktəbinin əsas prinsiplərini təşkil edir.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasətin nəticəsində Azərbaycanda vətənpərvər, savadlı və fəal gənclər nəsli formalaşıb.

Panel müzakirəsi iştirakçılarla fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam etdirilib.

Chosen
22
hafta.az

1Sources