EN

Geopolitik amillər bazarı sarsıdır İqtisadçı

ain.az, 525.az portalına istinadən məlumat verir.

“Uzunmüddətli perspektivdə kriptovalyuta bazarının inkişaf istiqamətini əsasən monetar siyasət müəyyən edir”.

İqtisadçı-ekspert Asif İbrahimov bunu 525.az-a söyləyib. İqtisadçının dediyinə görə, qısamüddətli geosiyasi gərginliklər kripto bazarında dalğalanma və eniş yaratsa da, uzunmüddətli dinamikanı əsasən qlobal likvidlik dövrləri və monetar siyasət müəyyən edir. Başqa sözlə, geopolitik amillər bazarı sarsıdır, monetar siyasət isə onun istiqamətini formalaşdırır.

Ekspert əlavə edib ki, hazırkı internet dövründə kriptovalyuta istifadəsində məhdudiyyətlər nisbi xarakter daşıyır. İstifadəçi yalnız şifrələnmiş rəqəmsal açara malik olmaqla dünyanın istənilən nöqtəsindən əməliyyatlar apara bilir. Bu da göstərir ki, dövlətlər kriptovalyutanı qadağan etməkdənsə, onu idarə etmək üçün effektiv mexanizmlər yaratmaqla daha səmərəli nəticələr əldə edə bilər.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
525.az

1Sources