EN

Ağır çanta daşımaq uşaqlar üçün ciddi fəsadlara səbəb ola bilər Ekspert

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Şagirdlərin çantalarının ağırlığı artıq sadəcə bir narahatlıq deyil, ciddi bir sağlamlıq problemidir. Hər gün 7-8 kiloqramlıq yük daşıyan uşaq həm fiziki, həm də psixoloji cəhətdən zərər görür”.

Bu fikri 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib. Ekspertin sözlərinə görə, ağır çanta daşımaq xüsusilə inkişafda olan uşaqlar üçün ciddi fəsadlara səbəb ola bilər:

“Bir çox inkişaf etmiş ölkələrdəməktəb çantalarının şagirdlərin sağlamlığına təsiri uzun illərdir diqqət mərkəzindədir. Bu ölkələrdə şagirdlərin hər gün ağır çanta daşımasına ehtiyac qalmaması təhsil infrastrukturunun düzgün təşkili ilə bağlıdır. Bəzi ölkələrdə ev tapşırıqları minimuma endirilib və şagirdlər bütün işlərini məktəbdə tamamlayır. Bu da evə ağır kitablar, dərs materialı daşımağa ehtiyacı aradan qaldırır”.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
525.az

1Sources