EN

Jurnalistika ilə vəkillik arasında çox yaxın bir bağ var Tanınmış vəkildən Gününsəsi nə yubiley təbriki

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın tanınmış vəkillərindən biri Cavad Cavadov Gununsesi.info xəbər portalını 10 illik yubileyi münasibətilə təbrik edib.

Həmin təbrikdə deyilir:

Bu gün 10 illiyini qeyd edən Gününsəsi kollektivini ürəkdən təbrik edirəm.

10 il az müddət deyil. Xüsusən də bizim regionda, bizim ictimai-siyasi mühitdə 10 il ayaqda qalmaq, söz demək, həqiqəti yazmaq, cəmiyyətin nəbzini tutmaq böyük zəhmət, cəsarət və prinsipial mövqe tələb edir.

Mən bu gün burada vəkillər adından çıxış edirəm. Əslində jurnalistika ilə vəkillik arasında çox yaxın bir bağ var. Hər ikisinin mərkəzində insan dayanır. Hər ikisi ədalət axtarır. Hər ikisi susdurulmaq istənilən yerdə səsini qaldırır. Jurnalist həqiqətin ictimai tribunadakı müdafiəçisidirsə, vəkil də onun hüquqi müstəvidə müdafiəçisidir.

Bu mənada Gününsəsi ilə vəkillər arasında yaxın münasibətin olması tam təbiidir. Çünki söz azadlığı ilə müdafiə hüququ çox zaman eyni cəbhədə dayanır.

Saytın rəhbəri Pərviz müəllim də sıradan bir media rəhbəri deyil. O, həyatın sərt sınaqlarından keçmiş, odun-alovun içindən çıxmış, əqidəsinin və dostluğunun qiymətini bilən insandır. Keçmiş siyasi məhbus kimi onun keçdiyi yol təkcə şəxsi taleyin yox, həm də prinsipial mövqenin hekayəsidir. Belə insanlar zamanla sadəcə peşəkar deyil, həm də etibar ünvanına çevrilirlər.

Bu gün biz təkcə bir saytın yubileyini qeyd etmirik. Biz həm də dostluğa, həmrəyliyə, sözə, cəsarətə və peşə ləyaqətinə verilən dəyəri qeyd edirik.

Arzu edirəm ki, Gününsəsi bundan sonra da öz səsinə sadiq qalsın, həqiqətin, azad sözün və cəmiyyətin yanında olsun.

10 illik yubiley münasibətilə bir daha təbrik edir, bütün kollektivə uğurlar arzulayıram.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
icma.az

1Sources