EN

Zümrüd Məmmədova gənclərdən narazı danışdı

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xanəndə Zümrüd Məmmədova canlı yayımda açıq şəkildə narazılığını ifadə edib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, bu gün formalaşan gənclik əvvəlki nəsillərlə müqayisədə tamamilə fərqli istiqamətə gedir və bu fərq hər zaman müsbət deyil.

O qeyd edir ki, əvvəllər böyüyə hörmət, sözə dəyər, məsuliyyət anlayışı daha güclü idi. İndi isə çox vaxt gənclər tez nəticə istəyir, zəhmətsiz uğur axtarır və həyatın reallıqlarını qəbul etməkdə çətinlik çəkirlər.

“Mən demirəm ki, hamısı belədir. Amma ümumi mənzərə məni narahat edir. Gənc insan səbirli olmalıdır, öyrənməlidir, böyüklərə qulaq asmalıdır. İndi isə əksinə, hər kəs tez məşhur olmaq, tez pul qazanmaq istəyir”.

Onun fikrincə, problemin kökü təkcə gənclərin özündə deyil. Əsas məsuliyyət ailənin üzərinə düşür:

“Ailə uşağa tərbiyə verməlidir. Telefon, sosial şəbəkə uşaq böyütməməlidir. Valideyn vaxt ayırmırsa, sonra cəmiyyət nəticəsini görür.”

Sənətçi eyni zamanda medianın və sosial şəbəkələrin təsirini də vurğulayır.

Onun sözlərinə görə, yanlış nümunələr gənclərə daha tez təsir edir və bu da onların həyat tərzinə birbaşa yansıyır.

“Gənclər kimə baxırsa, ona oxşamağa çalışır. Əgər qarşısında düzgün nümunə yoxdursa, nəticə də düzgün olmayacaq”.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
icma.az

1Sources