EN

Saytın 10 yaşı tamam oldu

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərviz Həşimli: "Müstəqil qalmağa çalışırıq..."Bu gün Gununsesi.info - nun 10 illiyi tamam olur. Son illər informasiya məkanında özünəməxsus xətti ilə seçilən Gununsesi.info artıq 10 ildir fəaliyyət göstərir. Bu müddət ərzində sayt həm gündəmi izləyən, həm də ictimai fikrə təsir göstərən platformalardan birinə çevrilib.

Bəs 10 il əvvəl Gununsesi.info saytını yaratmaq ideyası necə yarandı?

Gununsesi.info-nun təsisçisi və baş redaktoru Pərviz Həşimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həbsdə olduğu dövrdə mərhum dostu Zülfüqar Hüseynzadə onun təsis etdiyi moderator.az saytını çox çətinliklə ayaqda saxlayıb: “Mən həbsdən azad olunandan sonra müxtəlif təkliflər gəldi - Avropada yaşamaq, ölkədə qalaraq müəyyən dövlət qurumlarında çalışmaq kimi imkanlar təqdim olundu. Ancaq mən özümü jurnalistikada gördüyüm üçün bu təkliflərin hamısında imtina etdim və Gununsesi.info saytını qurdum. Sual yarana bilər ki, niyə Moderator.az -ın başına keçmədim. Mən 2 il yarım həbsdə olduğum dövrdə mərhum dostum Zülfüqar bəy saytı çox çətinliklə, fədakarlıqlarla ayaqda saxlamışdı. Düşündüm ki, bu sayt artıq onun haqqıdır. Çünki mən həbs olunanda saytın maliyyə mənbələri də dayanmışdı. Buna görə də notarial qaydada saytı Zülfüqar Hüseynzadəyə verdim. O zamandan etibarən Gununsesi.info - nu qurdum".

Pərviz Həşimli deyib ki, sayt müstəqil olmağa və insan haqlarına töhfə verməyə çalışır: "Məqsədimiz ölkədə Konstitusiya ilə təsbit olunmuş insan haqlarının qorunmasına və demokratik cəmiyyət quruculuğu prosesinə töhfə verməkdir”.

Pərviz Həşimlini və Gununsesi.info saytının kollektivini səmimi qəlbdən təbrik edirik. Bol uğurlar, yeni nailiyyətlər arzu edirik!

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
bizimyol.info

1Sources