EN

"Startaplar ümumi iqtisadi inkişafda və daxili məhsulun formalaşmasında mühüm rol oynaya bilir"  - Aslan Əzimzadə

DOST TV-nin "Ekspert rəyi" verlişinin son buraxılışında sahibkarlıq fəaliyyəti imkanları və maliyyə savadlılığı haqqında danışılıb.

QHT.az xəbər verir ki, Əmək və Əhəlin Sosial Müdafəyəsi Nazirliyi yanında, İctimai şuranın üzvü Aslan Əzimzadə verlişdə qonaq olub və çıxışı zamanı startapların maliyyə resurslarına çıxışının genişləndirilməsi və rəqəmsal inkişafın dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasının vacibliyi mövzusunda danışıb.

"Startaplarla bağlı bu, əslində çox sevindirici və önəmli bir xəbərdir. Şəxsən mən də buna çox sevindim, xüsusilə bir gənc olaraq.

Startaplar iqtisadiyyat üçün çox vacib bir istiqamətdir. Məsələn, Estoniya iqtisadiyyatına baxsaq, orada yaranmış bir çox önəmli şirkətləri biz yaxşı tanıyırıq. Gündəlik istifadə etdiyimiz bir çox rəqəmsal alətlər və tətbiqlər məhz Estoniyanın startap ekosistemindən çıxıb. Bu, çox ciddi bir göstəricidir.

Startaplarda uğur faizi təbii ki, çox aşağı olur — hətta bəzi hallarda bunu 1 faiz kimi də dəyərləndirmək olar. Amma maraqlı məqam odur ki, həmin kiçik bir faiz uğur qazandıqda, bu startaplar iqtisadiyyatda 30–40 faizədək dəyər yarada bilir. Ona görə də bu, riskli, amma eyni zamanda çox perspektivli bir sahədir.

Digər mühüm məsələ isə gənclərin startaplara marağıdır. Bu da çox vacib mövzudur. Gənclərlə söhbət edərkən görürük ki, onlar ideyalarla doludur. “Belə edərdik, elə edərdik” kimi fikirlər çoxdur, amma bəzən şəraitin çatışmadığı da hiss olunur. Hətta elə gənclər var ki, startap anlayışının nə olduğunu belə tam olaraq bilmirlər. Bu baxımdan maarifləndirməyə ehtiyac var.

Digər tərəfdən, ali təhsil müəssisələrində bu istiqamətdə müsbət təcrübələr də var. Azərbaycanda artıq bir çox universitetdə startap və inkubasiya mərkəzləri fəaliyyət göstərir, hakatonlar təşkil olunur. Bu prosesin tam effektini görmək üçün bir az zamana ehtiyac var, çünki bu, nisbətən yeni bir istiqamətdir.

Əvvəllər də universitetlərdə bu kimi fəaliyyətlər olurdu, amma real nəticələri o qədər də görünmürdü. Son dövrlərdə isə universitetlər arasında rəqabətin artması ilə bu sahədə ciddi irəliləyiş müşahidə olunur. Məsələn, son hakatonlardan birində təxminən 30-a yaxın Azərbaycan ali təhsil müəssisəsi iştirak etmişdi. Bu da göstərir ki, gənclərin startaplara və innovasiyalara marağı artır.

Eyni zamanda beynəlxalq təcrübə də göstərir ki, startaplar ümumi iqtisadi inkişafda və daxili məhsulun formalaşmasında mühüm rol oynaya bilir. Bu istiqamətdə gənclərin ideyalarının reallaşması üçün startap inkişaf fondlarının yaradılması və bu fondların dövlət tərəfindən dəstəklənməsi çox vacibdir.

Eyni zamanda Vüqar müəllimin də qeyd etdiyi kimi, bu fonda ianələr məsələsi də önəmlidir. Mən hesab edirəm ki, bu, çox mühüm bir addımdır. Gənclərə dəstək vermək hər birimizin sosial məsuliyyətidir. Çünki bu gənclər ölkəmizin gələcəyidir və onların inkişafına töhfə vermək vacibdir ki, Azərbaycan gəncliyi daha mütərəqqi şəkildə inkişaf etsin.

Bu fonda edilən ianələr daha çox altruist xarakter daşımalıdır. Yəni burada əsas məqsəd qazanc əldə etmək olmamalıdır. Başlanğıc mərhələdə startapların çoxunun gəliri olmur və risklər də yüksəkdir. Buna görə də bunu maliyyə aləti və ya investisiya kimi deyil, daha çox könüllü dəstək kimi dəyərləndirmək lazımdır.

Təbii ki, hansısa startap uğurlu olarsa, insanlar sadəcə mənəvi təşəkkür və ya ictimai dəyər kimi geri dönüşlər ala bilərlər. Amma bunun sırf qazanc məqsədli bir modelə çevrilməsi məncə doğru olmaz və bu istiqamətdə də gözlənti yüksək olmamalıdır. Dövlət dəstəyi və ictimai təşəbbüslərlə bu sahənin inkişaf etdirilməsi daha real yanaşmadır.

Ümumilikdə isə bu, “vətən üçün nə etmisən?” sualına cavab verə biləcək bir sosial məsuliyyət modeli kimi də dəyərləndirilə bilər".

Chosen
20
qht.az

1Sources