EN

Gündəlik həyatda bilmədən edə biləcəyiniz səhv 7000 manat cərimə ilə NƏTİCƏLƏNƏ BİLƏR

Gündəlik davranışlarda diqqətsizlik bəzən ciddi cərimələrlə nəticələnə bilər.

Day.Az diqqətli olmağınız üçün həmin cərimələri bir arada təqdim edir.

Belə ki, qadağan olunmuş yerlərdə siqaret çəkmək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nə əsasən 30 manat cərimə ilə nəticələnir.

Əgər müəssisələrdə siqaret üçün xüsusi yer ayrılmayıbsa, vəzifəli şəxslər üçün bu məbləğ 400 manat, hüquqi şəxslər üçün isə 1000 manat təşkil edir.

Məişət tullantılarının zibil qutularından kənara atılması da ciddi qayda pozuntusudur. Fiziki şəxslər üçün cərimə 300 manat, vəzifəli şəxslər üçün 1000 manat, hüquqi şəxslər üçün isə 4000 manat müəyyən edilib. Qaydanın təkrar pozulması hallarında cərimələr daha da artır - fiziki şəxslər üçün 700 manata, hüquqi şəxslər üçün isə 7000 manata qədər yüksələ bilər.

Eyni zamanda, nəqliyyat vasitəsindən küçəyə və ya yol kənarına zibil atmaq da 200 manat cərimə ilə nəticələnir. Siqaret kötüyünü yerə atmaq isə məişət tullantısı sayıldığı üçün 300 manat cərimə tətbiq edilir.

Bu qaydalar həm şəhərin təmizliyini qorumaq, həm də ictimai mədəniyyəti yüksəltmək məqsədi daşıyır və ən kiçik diqqətsizlik belə maddi itki ilə nəticələnə bilər.

Nəsimi Ələsgərli 

Chosen
10
day.az

1Sources