EN

İranın çıxdığı yerdən ABŞ da getdi – Növbə Rusiyada

ABŞ Suriyada uzun illər davam edən hərbi fəaliyyətinə nöqtə qoyub. Sonuncu ABŞ hərbi karvanı Kasrak bazasını tərk edib və bununla da quru əməliyyatı rəsmi şəkildə başa çatıb. Məlumata görə, ölkənin şimal-şərqində nəzarət artıq Suriya hökumət qüvvələrinin əlinə keçib. Qeyd edək ki, Vaşinqtonun Suriyadakı hərbi missiyası 2014-cü ildən davam edirdi və əsas məqsəd İŞİD-lə mübarizə idi.

Bəs bu addım bölgədəki proseslərə necə təsir göstərəcək?

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, bu qərar bölgə üçün müəyyən təsirlər doğuracaq: “Ancaq bu, Birləşmiş Ştatların nə Suriyanı, nə də bütün bölgəni tərk etməsi kimi başa düşülməlidir. Suriya hakimiyyətinin üzərində ABŞ-nin təsirləri var. Prezident Əhməd əl-Şaraanın keçmişinin müəyyən mənada ABŞ ilə bağlı olması da Suriyanın üzərində Amerikanın təsirlərinin hələlik itməyəcəyi qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, Suriyanın üzərində ABŞ-nin NATO üzrə müttəfiqi Türkiyənin təsir var. Bu həm də Amerikanın təsirlərinin qalması deməkdir”.

Aydın

A.Quliyev hesab edir ki, ABŞ-nin bu addımının Suriya üçün yeni planların başlanğıcı olduğu da istisna edilməməlidir: “Böyük ehtimalla Vaşinqtonun bu addımı Suriya ilə bağlı yeni planın başlanğıcı ola bilər. Ehtimal edirəm ki, ABŞ-nin bu ölkədən çıxması Suriyadan bütün xarici ölkə hərbi bazalarının çıxarılması prosesi üçün əsas yaratmaq sayıla bilər. Məlumdur ki, bölgədə Rusiyanın yeganə hərbi bazası Suriya ərazisində qalır. Bölgənin başqa heç bir ölkəsində Rusiyanın hərbi bazaları yoxdur. Ehtimal edirəm ki, ABŞ-nin hərbi bazasının Suriyadan tam çıxarılması yaxın gələcəkdə Rusiyanın hərbi bazasının da çıxarılması üçün ortaya mövqe qoyulmasına əsas söykənəcək olacaq”.

Etibar Seyidağa,
Musavat.com

 

 

Chosen
14
musavat.com

1Sources