EN

Türkiyənin Vitse-prezidenti: Biz hər zaman dialoqu və diplomatiyanı münaqişədən üstün tuturuq

Antalya, 17 aprel, AZƏRTAC

Türkiyə münaqişələrdən çox diplomatiyaya üstünlük verir. Eyni zamanda, biz qeyri-sabitlik və təhlükəsizliksizlik əvəzinə sabitliyi üstün tuturuq. Məhz buna görə də biz bir çox regional əməkdaşlıq mexanizmlərində iştirak edirik. Bir tərəfdən NATO üzvüyük və Avropa İttifaqına namizəd ölkəyik. Digər tərəfdən isə Türk Dövlətləri Təşkilatı kimi yeni regional təşkilatlara, İslam ölkələri arasında əməkdaşlığın genişlənməsinə və regionumuzda daha güclü təhlükəsizlik strukturlarının qurulmasına çalışırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz ADF2026 çərçivəsində “Dəyişən dünyada regional sahiblənmənin rolu” başlıqlı paneldə çıxışı zamanı ifadə edib.

O, bildirib ki, Türkiyə hər zaman dialoqu və diplomatiyanı münaqişədən üstün tutub. Müharibələr heç bir tərəf üçün faydalı deyil, ədalətli sülh isə hamı üçün xeyirlidir: “Bu səbəbdən iki fərqli yol görürük. Onlardan biri daha çox qeyri-sabitlik, insan itkiləri, iqtisadi və ekoloji zərərlərə aparır, digəri isə diplomatiya, danışıqlar və ölkələr arasında əməkdaşlıq yolu ilə daha çox sabitlik və təhlükəsizlik vəd edir. Buna görə də Türkiyə bütün tərəflərlə kommunikasiya kanallarını açıq saxlamağa davam edəcək və Afrika, Asiya, Latın Amerikası ölkələri ilə əməkdaşlığı genişləndirəcək. Məqsədimiz həm xalqımızın rifahı, həm də qlobal mühitin yaxşılaşmasıdır”.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Chosen
20
azertag.az

1Sources