EN

VI “Yüksəliş”: Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonları liderdir

Bakı, 17 aprel, AZƏRTAC

VI “Yüksəliş” müsabiqəsi iştirakçılarının əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarını təmsil edir.

Bunu AZƏRTAC-ın sualına cavab olaraq “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib. O, iştirakçıların yaş bölgüsünə də nəzər salıb: “Müsabiqə üzrə müəyyən edilmiş 21–51 yaş meyarı çərçivəsində 21–30 yaş aralığında 6248 nəfər, 31–40 yaş aralığında 8974 nəfər, 41–51 yaş aralığında isə 2429 nəfərin iştirak etdiyi müşahidə olunur. Həmçinin qeydiyyatdan keçənlərin 52.76 faizi dövlət sektorunda, 45.04 faizi özəl sektorda, 1.24 faizi qeyri-hökumət təşkilatlarında, 0.95 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir”.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - İlqar Cəfərov
Chosen
18
1
azertag.az

2Sources