EN

"Barselona" rəhbərliyi Hans-Diter Fliklə bağlı yekun qərarını verdi

"Barselona" rəhbərliyi əsas komandanın baş məşqçisi Hans-Diter Fliklə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb. 

Məlumata görə, Kataloniya təmsilçisi alman mütəxəssislə müqavilə yeniləməyi planlaşdırır. Mənbə tərəflərin artıq şifahi razılığa gəldiklərini və Flikin 1+1 illik sazişə imza atacağını bildirib.

61 yaşlı mütəxəssis 2024-cü ilin mayından indiki postundadır. Onun "blauqrana" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Hazırda "Barselona" La Liqanın turnir cədvəlinə başçılıq edir. Komanda 31 oyuna 79 xal toplayıb.

Toğrul 

Chosen
12
1
fanat.az

2Sources