Pakistanın Hayber Paxtunxva əyalətində, Haripur şəhərində yerləşən Hattar Sənaye Bölgəsində qaz xəttində baş verən partlayış faciəyə səbəb olub.
Partlayışdan sonra yayılan alovlar ətraf ərazilərə sıçrayıb.
Hadisə nəticəsində aralarında uşaqların da olduğu 8 nəfər həyatını itirib, 11 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Yanğın yaxınlıqdakı yaşayış evlərinə də təsir edib və qaz axını dayandırılsa da, təxminən 2 saat davam edib.
Yanğın nəzarət altına alınıb, hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.