EN

1 ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1-ci liqada dörd komanda elitaya iddialıdı. Bunlar “Şəfa”, “Baku Sportinq”, “Mingəçevir” və “Səbail”di. Maraqlıdı ki, bütün komandaların meydança problemi var.Belə ki, “Şəfa” yeni adı ilə desək, “Baku Arena”da oynamalıdı. Amma meydança uzunmüddətli təmirə bağlanıb. Gələn mövsüm harda oynayacaqları ilə bağlı klubun idman direktoru Elvin Ələsgərov və prezident müşaviri İlkin Əliyev ilə əlaqə saxlamağa cəhd etdik. Lakin telefon zənginə cavab vermədilər. Amma mediada komandanın gələn mövsüm Sumqayıtda, “SOCAR Polymer Arena”da oynayacaqları ilə bağlı məlumat yayılıb.“Baku Sportinq” stadionun durumuna hər il əl gəzdirir. Xırda işləri nəzərə almasaq, əsas problem meydançadı. Klubdan daha əvvəl də, indi də verilən məlumata görə, komanda elitaya yüksələcəyi təqdirdə AFFA-dan gələn vəsait hesabına meydançanın ot örtüyü ideal hala gətiriləcək. Başqa stadionda oynamaq klub daxilində müzakirə mövzusu belə deyil.“Mingəçevir” isə ən həvəsli və sürətlə iş görən komandalardandı. Qışdan etibarən stadionun təmir-bərpa işləri başlayıb. 5000 yerlik stadionun təmirinin üçdəbiri başa çatıb. Maya qədər işin böyük hissəsi görüləcək, mövsüm başlayanda hər şey ideal vəziyyətdə olacaq.“Səbail” yaranandan bəri Bayılda oynayır. Stadion AFFA-nın balansında olsa da, “şəhərlilər” üçün doğmalaşıb. Amma bu komandanın gələn mövsüm “Bayıl Arena”da oynaya bilməmək təhlükəsi var. Belə ki, AFFA-nın son Hesabat Konfransında qurumun baş katibi Cahangir Fərəcullayev “Bayıl Arena”nın da təmirə gedəcəyini açıqladı. Məsələ budu ki, təmirin nə vaxt bitəcəyi bəlli deyil. Mövsüm başa çatandan sonra “Səbail”in hansı çempionatda oynayacağından aslı olmayaraq, evsahibliyi edəcəyi stadion bəlli olacaq.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
icma.az

2Sources