EN

Narkomaniyanın qarşısını almaqda ailənin rolu nədir? DEPUTAT

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Bu məsələ həm ailə, həm cəmiyyət, həm də fərdin şəxsi həyatı üçün ciddi əhəmiyyət daşıyır. Vaxtında görülməyən tədbirlər sonradan daha ağır nəticələrə və faciələrə səbəb ola bilər”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, məsələyə yalnız tibbi deyil, həm də hüquqi və sosial aspektdən yanaşmaq vacibdir: “Vətəndaş hüquqları nəzərə alınmaqla, bu sahədə qəbul edilən qərarlar balanslı və əsaslandırılmış olmalıdır”.

Musa Quliyev qeyd edib ki, Ailə Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində nikahdan əvvəl tibbi müayinələrin tətbiqi mühüm addım olub: “Bu müayinələrin əsas məqsədi irsi-genetik xəstəliklərin qarşısını almaq və yoluxucu xəstəliklərin yayılma riskini minimuma endirməkdir”.

Deputat vurğulayıb ki, bəzi xəstəliklər həm irsi, həm də yoluxucu xarakter daşıyır: “Bu baxımdan nikah öncəsi tibbi müayinələr formal prosedur deyil, gələcək ailənin sağlamlığını qorumağa xidmət edən vacib mexanizmdir”.

O əlavə edib ki, bu prosesin əsas məqsədi məhdudiyyət deyil, maarifləndirmədir: “Müayinələr nəticəsində problemlər aşkarlanarsa, şəxslər vaxtında müalicə ala və daha sağlam qərarlar verə bilərlər”.

Sonda deputat bildirib ki, nikahdan əvvəl tibbi müayinələrin tətbiqi həm fərdi, həm də ictimai sağlamlığın qorunmasına, eləcə də sağlam gələcək nəsillərin formalaşmasına mühüm töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
sia.az

2Sources