EN

Xavi yenidən Messi ilə bir araya gəlir?

“Barselona”nın keçmiş baş məşqçisi Xavi Ernandes “İnter Mayami”də baş məşqçi postuna əsas namizədlərdən biri kimi göstərilir.

Publika.az xəbər verir ki. bu barədə "TNT Sports" məlumat yayıb.

Florida təmsilçisi hazırda Xavinin təyinatını ciddi şəkildə nəzərdən keçirir. Digər namizəd Marselo Qalyardo olsa da, məhz ispan mütəxəssis favorit sayılır.

Xavi “İnter Mayami”də Lionel Messi və Luis Suareslə yenidən bir araya gələ bilər. Onlar vaxtilə “Barselona”da komanda yoldaşı olublar.

46 yaşlı mütəxəssis 2024-cü ilin yazından bəri işsizdir, o zaman “Barsa”dan istefaya göndərilmişdi.

Chosen
38
publika.az

1Sources