EN

Sərnişinlər üçün bölgələrə səfərlərdə əlçatanlıq təmin olunur ADY rəsmisi

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“Azərbaycan Dəmir Yolları pandemiyadan əvvəl fəaliyyət göstərən stansiya və dayanacaqların bərpasını mərhələli şəkildə həyata keçirir. Burada məqsəd müştəri məmnuniyyəti, sərnişinlər üçün bölgələrə səfərlərdə əlçatanlığın təmin edilməsidir”.

Redaktor.az xəbər verir ki, bunu Kürdəmir Dəmiryol Stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbir zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

“Bununla bağlı 18 aprel tarixindən sərnişinlərimiz artıq Kürdəmir stansiyasından da istifadə edə biləcəklər. Onlar gündəlik olaraq Bakı-Qazax-Bakı (4 reys) və Bakı-Balakən-Bakı (2 reys) olan qatarlarda səfər edərək Kürdəmir stansiyasında enə bilərlər. Kürdəmir stansiyası əsaslı təmir olunmuş, gözləmə zalı, VİP zalı təmir olunaraq sərnişinlərin istifadəsinə verilmişdir. Kürdəmir stansiyasının açılması ilə ətrafda olan 300 minə yaxın sərnişinin Azərbaycan Dəmir Yollarının qatarlarından istifadə edilməsi üçün imkan yaradılmışdır. Sərnişinlərimizə xoş səfərlər arzulayırıq”, - o deyib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
redaktor.az

2Sources