EN

İran və ABŞ arasında danışıqlarda əsas fikir ayrılıqları bəlli oldu

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Politico”: ABŞ və İran uranın zənginləşdirilməsinə moratorium qoymaq barədə razılığa gələ bilmirlər

ABŞ və İran tərəfləri uranın zənginləşdirilməsinə qoyulan moratoriumun müddəti və artıq istehsal olunmuş zənginləşdirilmiş materialın taleyi barədə razılığa gələ bilmirlər. AYNA.AZ xəbər verir ki, bu barədə "Politico" danışıqlardan xəbərdar olan iki mənbəyə istinadən məlumat yayıb.

Vaşinqtonun 14 maddəlik planına görə, Tehran uranın zənginləşdirilməsinə 20 illik qadağa qoymağa razı olmalıdır. Lakin nəşrin mənbələrinə görə, İran yalnız beş illik dayandırma təklif edir. Digər maneə ABŞ Prezidenti Donald Trampın İranın qismən zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü tərəfə ötürməsi tələbidir ki, Tehran bu tələbi indiyə qədər rədd edib.

Bundan əlavə, nəşr yazır ki, "ABŞ-ın bütün kartları əlində saxladığı" barədə açıq bəyanatlarına baxmayaraq, münaqişəyə son qoymaq istəyən Tramp administrasiyası bildirib ki, daha böyük güzəştlərə getməyə hazır ola bilər. Misal olaraq, İsrailin Livandakı “Hizbullah” hədəflərini bombalamasını dayandırmasını göstərir. Bu, Tehranın əvvəllər danışıqlarda irəliləyişin açarlarından biri kimi irəli sürdüyü şərtdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
50
ayna.az

10Sources