Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
1-ci Liqanın 22-ci turu çərçivÉ™sindÉ™ dünÉ™n "Baku Sportinq"in qonağı olan lider "Şəfa" É™n yaxın tÉ™qibçisi ilÉ™ 0:0 hesablı bÉ™rabÉ™rliyÉ™ razılaÅŸdı. "Şəfa"nın baÅŸ məşqçisi Elgiz KÉ™rÉ™mli ilÉ™ É™laqÉ™ saxlayıb oyunu dÉ™yÉ™rlÉ™ndirmÉ™sini istÉ™dik.Â
34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Çox gərgin oyun oldu. Hər iki komanda həm qələbə qazanmaq istəyirdi, həm də ehtiyatlı olmağa çalışırdı. Hər iki komandanın bir-iki qol epizodu oldu. Bu da normaldır, çünki belə meydanda keyfiyətli futbol oynamaq mümkün deyil. Daha çox hava ötürmələrinə və ikili mubarizələrə şahidlik etdik. Rəqibdən fərqli olaraq, bizim komandamız bu cür meydanda oynamağa öyrəşməyib. Futbolçularımız yaxşı mübarizə apardılar, xeyli güc sərf etdilər. Az sayda səhv etdik və ən azı məğlub olmadıq. Bərabərsəviyyəli oyun getdi. Düsünürəm ki, heç-heçə ədalətli və hər iki komandaya sərf edən nəticədir".
Hazırda 1-ci Liqanın turnir cədvəlində zirvədə mövqe tutan "Şəfa"nın 49 xalı var. "Mingəçevir" 42 xalla 2-ci, "Baku Sportinq" (41 xal) 3-cü, 40 xala malik "Səbail" 4-cü sıradadır.
ToÄŸrul
AbunÉ™ Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.