EN

Bu gün saat 23:00 dan bəzi yollar bağlanır XƏBƏRDARLIQ

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakıda nəqliyyatın təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə bəzi yollarda təmir işlərinə başlanılır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Demokrat.az-a verilən məlumata görə, asfalt örtüyünün yenilənməsi zərurəti ilə əlaqədar bir neçə istiqamətdə hərəkət nizamlanacaq.Təmir işləri Rəşid Behbudov küçəsinin Şəmsi Bədəlbəyli və Bakıxanov küçələri arasındakı hissəsini, həmçinin Səməd Vurğun küçəsinin Bakıxanovdan Füzuli küçəsinədək olan hissəsini əhatə edəcək. Ziya Bünyadov prospektində "Koroğlu" metrosu istiqamətində, Abbas Mirzə Şərifzadə küçəsində və Bakı Dairəvi yolundan "Meyvəli" ticarət mərkəzinə gedən yolda da yenilənmə işləri aparılacaq.Yollardakı məhdudiyyətlər 17 aprel saat 23:00-da qüvvəyə minəcək və 20 aprel səhər saat 06:00-dək davam edəcək. Sürücülərdən qeyd olunan vaxt ərzində diqqətli olmaq, müvəqqəti nişanların göstərişlərinə əməl etmək xahiş olunur.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
demokrat.az

1Sources