EN

Amerika raketləri İrana atdı, İran Azərbaycanı HƏDƏLƏDİ: “Sizin Zəngəzur dəhlizinizi…” - TV Musavat

ABŞ Yaxın Şərqdəki müharibə səbəbindən mövcud müqavilələr çərçivəsində silah tədarükündə gecikmələrlə bağlı bir sıra Avropa ölkəsini xəbərdar edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, İranla döyüşlər Amerika silah ehtiyatlarını tükəndirir, buna görə də bəzi tədarüklər gecikir:

“Gecikmələr Baltikyanı və Skandinaviya ölkələrinə də təsir edəcək. Avropa rəsmiləri isə bu gecikmənin onları çətin vəziyyətə saldığından şikayətlənirlər”.

İranın ABŞ-İsrail qarşıdurmasında qələbə qazanması Türkiyənin Azərbaycanla saxta Zəngəzur dəhlizi vasitəsilə birləşmək planını qeyri-mümkün edəcək.

Axar.az xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Müvəhhedian müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu vəziyyət Qafqazda “Türk dünyası” layihəsinin əbədi olaraq iflasa uğramasına gətirib çıxara bilər:

“İranın üstünlük əldə etməsi təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Avrasiya məkanında güc balansını dəyişərək yeni geosiyasi arxitekturanın formalaşmasına səbəb olacaq”

Gündəmdəki bütün xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Xəbər Vaxtı” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Chosen
4
musavat.com

1Sources