BAKI, 17 aprel. TELEQRAF
"Türkiyə dialoq və doplimatiyanı dəstəkləyir. Müharibələr heç kəsə xeyir gətirmir.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının vitse-prezidenti Cevdət Yılmaz Antalya Diplomatiya Forumu çərçivəsində panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ölkələr arasında işbirliyi sülh və sabitlik yaradır: "Məsələlər müharibə ilə deyil, danışıqlar yolu ilə həll edilməlidir. Gələcək üçün ümidimizi itirməməliyik".