EN

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin nümayəndə heyətini qəbul edib

Aprelin 17-də Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasının sədri Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul edib...

Baş Prokurorluqdan verilən xəbərə görə, Kamran Əliyev iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndiyini, mütəmadi görüşlər, sıx təmaslar və beynəlxalq tədbirlər çərçivəsində həyata keçirilən qarşılıqlı səfərlərin, o cümlədən hazırda davam edən 5-ci Antalya Diplomatiya Forumu kimi platformalarda birgə iştiraklarının digər sahələrlə yanaşı, ölkələrimizin hüquq sistemləri və hüquqşünasları arasında əməkdaşlığın daha da inkişaf etməsində mühüm rol oynadığını qeyd edib.

Bundan başqa, Baş prokuror Şanlıurfa və Kahramanmaraş şəhərində yerləşən məktəbə edilən silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığını bildirib.

Türkiyə Respublikası Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasinin sədri Yusuf Kuzu iki ölkənin həm prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulayıb.

Görüşdə prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib, eləcə də hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd olunaraq gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar barədə fikir mübadiəsi aparılıb.

Poliqon.info

Chosen
26
9
poliqon.info

10Sources