EN

Eks-baş redaktor yeni sayt açdı

Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad olunmuş Sara Əzimova yeni media platforması yaradıb.

"Cebheinfo.az" xəbər verir ki, Sara Əzimova anz.az domenli informasiya saytı açıb.

O bundan sonra fəaliyyətini anz.az saytının rəhbəri kimi davam etdirəcək.

S.Əzimova Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən yenicə azad olunub.

"Cebheinfo.az"

Chosen
19
1
cebheinfo.az

2Sources