EN

“Yüksəliş”ə ən çox bu iqtisadi rayonlardan müraciət edilib

BAKI, 17 aprel. TELEQRAF

“Ərazi bölgüsünə əsasən, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarını təmsil edir”.

Teleqraf xəbər verir ki, Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib.

“İştirakçıların yaş bölgüsünə nəzər saldıqda müsabiqə üzrə müəyyən edilmiş 21–51 yaş meyarı çərçivəsində 21–30 yaş aralığında 6 248 nəfər, 31–40 yaş aralığında 8 974 nəfər, 41–51 yaş aralığında isə 2 429 nəfərin iştirak etdiyi müşahidə olunur”,- o bildirib.

Chosen
11
teleqraf.com

1Sources