“Dərnəgül dayanacağının istifadəyə verilməsiylə bağlı işlər artıq yekunlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Dəmiryollarının Sərnişindaşımalar departamentinin sədri Azər Fərəcov jurnalistlərə açıqlamasında qeyd edib.
O bildirib ki, stansiyanın yaxın zamanda istifadəyə verilməsi gözlənilir.
Sədr Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların fəaliyyətinin nə vaxt bərpa olunacağıyla bağlı suala da cavab verib:
"Bu istiqamətdə qatarlarının fəaliyyəti ilə bağlı təmir işləri aparılır. Bu işlərin də qısa müddətdə bitməsi gözlənilir".
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media