Ağdam, 17 aprel, AZƏRTAC
Biz hazırda Ağdam rayonunda ANAMA tərəfindən minatəmizləmə əməliyyatı icra olunan sahədəyik. Eyvazxanbəyli-Baş Qərvənd qaz xətti layihəsi bu ərazidən keçir. Minalarla həddindən artıq çox çirklənmiş ərazidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra 43,021 hektar ərazi Ağdam rayonunda olmaqla, işğaldan azad edilmiş ərazilərdə, ümumilikdə, 264,581 hektar sahədə minatəmizləmə fəaliyyəti icra olunub, nəticədə 248 min 583 ədəd mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. 2020-ci il 10 noyabr tarixindən bugünədək mina hadisəsi nəticəsində 422 nəfər mina qurbanı olub ki, onlardan da 73 nəfər həyatını itirib.
Müxbir - Tahir Ağaməmmədov