EN

Şamxaninin oğlunun vətəndaşlığı LƏĞV EDİLDİ

Dominika hökuməti Əli Şamxaninin oğlu Əbülfəzl Şamxaninin vətəndaşlığını ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, qərar Şamxaninin Dubayda təxminən 29 milyon dollar dəyərində lüks əmlak kompleksinə sahib olmaq üçün Karib ölkələrinə aid təxəllüslərdən istifadə etdiyi iddialarından sonra verilib.

Bildirilir ki, Əbülfəzl Şamxani “qızıl pasport” əldə etmək üçün atasının İran hakimiyyəti ilə siyasi əlaqələrini gizlətməkdə ittiham olunur. Dominika rəsmiləri onun 2020-ci ildə vətəndaşlıq alarkən məlumatları qəsdən gizlətdiyini qeyd ediblər.

Dominikanın əmək naziri Pinard açıqlamasında Əbülfəzl Şamxaniyə “Sami Hayek” təxəllüsü ilə verilmiş vətəndaşlığın dərhal ləğv edildiyini deyib. Nazirə görə, Şəmxani “həqiqəti gizlətməklə” vətəndaşlıq almağa nail olub.

Qeyd edək ki, Əbülfəzlin atası Əli Şamxani uzun illər İran hakimiyyətində yüksək vəzifələrdə çalışıb və ölkənin ali lideri Xameneyinin siyasi müşaviri kimi tanınıb.

Musavat.com

Chosen
12
musavat.com

1Sources