EN

Fransada müsəlmanlara qarşı yeni qanun layihəsi - NARAZILIQ

Yazını böyüt
Yazını kiçilt

Fransada yeni separatizm qanunu layihəsi yaxın həftələrdə Nazirlər Kabinetində müzakirəyə çıxarılacaq. Politoloq Fransua Burqa layihəni tənqid edərək, hökumətin seçki məqsədli strategiya həyata keçirdiyini deyib.

Hafta.az xəbər verir ki, yeni qanun layihəsi 2021-ci il qanununu tamamlayaraq, bəzi assosiasiyaların ləğvini, aktivlərin dondurulmasını və gənclərin kollektiv təhsilinə nəzarətin gücləndirilməsini nəzərdə tutur.

Fransua Burqa vurğulayır ki, hökumət bu addımla radikalizmə qarşı mübarizə adı altında müsəlman vətəndaşların hüquq və ifadə azadlıqlarını məhdudlaşdırır.

Mütəxəssislər bildirirlər ki, qanun layihəsinin vaxtı və tərkibi siyasi məqsədlərə xidmət edir və Fransa ictimaiyyətində radikal sağçı meylləri gücləndirə bilər. Parlamentdə müzakirələrin gərgin keçəcəyi bildirilir.

Chosen
2
3
hafta.az

4Sources