EN

Mərdan “Avroviziya”ya getmək istəyir: “Ədalətsiz qərarlar...”

Müğənni Mərdan Kazımov “Avroviziya” seçim turları ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, sənətçi bu barədə “Mədəni şou” proqramında danışıb.

O bildirib ki, bir neçə dəfə “Eurovision Song Contest” üçün keçirilən seçim turlarına müraciət edib.

“Ən böyük istəyimdən biridir ki, Azərbaycanı beynəlxalq yarışmada təmsil edim. Amma ədalətsiz qərarlar məni bəzən bu fikirdən daşındırır, sonra yenidən qayıdıram. İstəyirəm sırf Azərbaycan dilində oxuyum. Bu il də namizədliyimi irəli sürmüşdüm. Elə oldu ki, Cəmilə seçildi”, - deyə Mərdan Kazımov əlavə edib.

Qeyd edək ki, bu il Azərbaycanı yarışmada Jiva “Just Go” mahnısı ilə təmsil edəcək.

Könül
Musavat.com

Chosen
10
musavat.com

1Sources