EN

İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?

İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu, qurumun sabiq icra başçısı Vilyam Hacıyevin mənimsəmə faktları ilə əlaqədardır.

Belə ki, 2019-cu ildə İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsindən üç milyon vəsait ayrılıb.

Bundan sonra İmişli Rayon İcra Hakimiyyəti ilə Vüqar Məhərrəmovun rəhbəri olduğu “NTC Company” şirkəti arasında tender müqaviləsi imzalanıb.

Lakin Vilyam Hacıyev şirkətə tikinti üçün ödəniləcək məbləğdən 30 fiaz “otkat” alıb. 974 193 manat vəsait “NTC Company” şirkətinin nümayəndəsi Səyalı Səfərova tərəfindən Vilyam Hacıyevin sürücüsü vasitəsilə hazırda həbsdə olan keçmiş icra başçısına çatdırılıb.

Chosen
2
6
publika.az

10Sources