EN

Azərbaycan həmişə balanslı neft qiymətlərinin təmin olunması konsepsiyasının tərəfdarı olub – Pərviz Şahbazov

Antalya. Trend:

Azərbaycan həmişə balanslı neft qiymətlərinin təmin olunmasıkonsepsiyasının tərəfdarı olub

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Azərbaycanın energetika naziri PərvizŞahbazov bu gün V Antalya Diplomatiya Forumunda deyib.

“Əslində, bu, qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsiməqsədilə həyata keçirdiyimiz fəaliyyətdir. Və əlbəttə ki, neft vəqaz istehsal edən ölkə kimi demək olar ki, biz böhranlarıntəsirlərini o qədər də kəskin hiss etmirik. Lakin eyni zamanda bizOPEC+ institutunun məsul iştirakçısıyıq və burada biz həmişəmüxtəlif məsələlərin, o cümlədən keçmişdə üzləşdiyimiz böhranlarınhəlli yollarının axtarılması tərəfdarı olmuşuq. Azərbaycan buprosesə təkcə fəal töhfə verməklə kifayətlənməyib, həm də bir çoxməsələlərdə vasitəçi kimi çıxış edib”, – deyə nazir qeyd edib.

O vurğulayıb ki, neft qiymətlərinin yüksək olduğu dövrdəistehsalçı ölkələrin böyük gəlirlər əldə etməsi ilə bağlı genişyayılmış fikir hər zaman reallığı əks etdirmir.

“Qeyd etmək lazımdır ki, yüksək qiymətlər zamanı bəzənistehsalçı ölkələrin böyük gəlirlər əldə etdiyi təsəvvürü yaranır,lakin bu, praktikada tam real mənzərəni əks etdirmir. Məsələondadır ki, neft hasil edən və ya ümumilikdə karbohidrogenölkələri, adətən, suveren rifah fondlarına malikdir və bu fondlarqlobal maliyyə bazarlarına və müxtəlif aktivlərə investisiyayatırır. Fond bazarları aşağı düşdükdə biz də bunu hiss edirik,eləcə də bunun idxalımıza təsiri olur. Bəzən belə fikir formalaşırki, istehsalçı ölkələr bu proseslərə həssas deyil. Bu, yanlıştəsəvvürdür”, – deyə Şahbazov bildirib.

Nazir həmçinin neftin balanslaşdırılmış qiymətinin təminolunmasının vacibliyini qeyd edib.

“Biz hər zaman neftin balanslaşdırılmış qiymətinin təminolunması konsepsiyasına sadiq qalmışıq ki, bu da həm istehsalçı,həm istehlakçı ölkələr, eləcə də neft-qaz sənayesi üçün mühüməhəmiyyət kəsb edir”, – deyə o bildirib.

Türkiyə ilə əməkdaşlıqdan danışan Şahbazov bunu qardaş ölkələrinenerji təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətinin “əlanümunəsi” adlandırıb.

“Şübhəsiz ki, Türkiyə ilə əməkdaşlığımız tərəfdaş və qardaşölkələrin uzun illər ərzində enerji təhlükəsizliyinin təminolunmasına necə töhfə verə biləcəyinin əla nümunəsidir”, – deyənazir qeyd edib.

O xatırladıb ki, Azərbaycanın həyata keçirdiyi layihələrregionun əsas enerji infrastrukturunu formalaşdırıb.

“Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrimiz Xəzərdənizini Bakı–Supsa neft kəməri vasitəsilə Qara dənizlə,Bakı–Tbilisi–Ceyhan vasitəsilə Aralıq dənizi ilə, eləcə dəBakı–Tbilisi–Ərzurum qaz kəməri ilə birləşdirib. Nəhayət, uzunluğu3500 kilometr olan Cənub Qaz Dəhlizi də bu sıradadır”, – deyəPərviz Şahbazov vurğulayıb.

Nazir bildirib ki, enerji təhlükəsizliyi artıq dövlətlərin ümumitəhlükəsizliyinin əsas məsələsinə çevrilib: “Bu günlərdə buməsələlər xüsusilə vacibdir, çünki biz dünya tarixində ən ciddiböhran təhdidlərindən birini yaşayırıq.
Hörmüz boğazına nəzər salsaq görərik ki, qlobal enerji təchizatınıngündə təxminən 12 milyon barrel hissəsi risk altındadır. Bununmüəyyən hissəsi Avropaya yönəlir, oradan Avropaya LNG-nin 8%-dənçoxu, neftin 7%-i, həmçinin reaktiv yanacaq və dizelin 40%-içatdırılır. Bu səbəbdən Avropa Hörmüz boğazında baş verən proseslərbaxımından olduqca həssasdır. Bununla yanaşı, enerji təchizatının90%-i Asiyaya gedir, yəni bu böhran qlobal xarakter daşıyır vəhamımız birlikdə buna qarşı tədbirlər görməliyik”.

P. Şahbazov vurğulayıb ki, enerji təhlükəsizliyi bir gecədəqurula biləcək məsələ deyil: “Biz yalnız cari vəziyyəti deyil,gələcəyi də nəzərə almalıyıq. Azərbaycan illərdir neft və qaztəchizatı marşrutlarını şaxələndirib. Bu gün biz gündə 440 milyonbarreldən çox neft tədarük edir və onu dünyanın təxminən 20ölkəsinə, o cümlədən Avropa və Asiya ölkələrinə çatdırırıq.

Son illərdə isə Avropadakı tərəfdaşlarımıza təbii qaz ixracınabaşlamışıq və artıq 16 ölkəyə qaz çatdırırıq ki, onlardan 10-uAvropa İttifaqının üzvüdür. Bu fəaliyyətimiz qlobal enerjitəhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Əlbəttə, neft və qaz istehsal edən ölkə kimi deyə bilərik ki, bucür böhranların təsirini daha az hiss edirik. Lakin eyni zamandabiz OPEC+ təşkilatının məsul üzvüyük və hər zaman böhranların həlliüçün fəal iştirak etmişik. Azərbaycan bu proseslərdə yalnıziştirakçı deyil, bir çox hallarda vasitəçi rolunu da oynayıb”.

“Yüksək enerji qiymətləri ilə bağlı bəzən belə bir fikirformalaşır ki, istehsalçı ölkələr bundan böyük qazanc əldə edir.Lakin bu tam doğru deyil. Çünki bu ölkələrin suveren sərvətfondları qlobal maliyyə bazarlarına və müxtəlif aktivlərəinvestisiya edir. Fond bazarlarında eniş baş verdikdə biz də bundantəsirlənirik. Eyni zamanda idxal xərclərimiz də artır.

Bu səbəbdən Azərbaycan həmişə balanslı neft qiymətlərinintərəfdarı olub – bu həm istehsalçılar, həm istehlakçılar, həm dəneft-qaz sənayesi üçün vacibdir”, - P. Şahbazov əlavə edib.

“Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələr Xəzərdənizini Bakı–Supsa neft kəməri vasitəsilə Qara dənizlə,Bakı–Tbilisi–Ceyhan vasitəsilə Aralıq dənizi ilə, eləcə dəBakı–Tbilisi–Ərzurum qaz kəməri ilə birləşdirib. Nəhayət, uzunluğu3500 kilometr olan Cənub Qaz Dəhlizi də bu sıradadır”, – deyəPərviz Şahbazov vurğulayıb.

Məqalədə:
Chosen
25
2
az.trend.az

3Sources