EN

“ABŞ bu müharibədə qalib gələ bilməyəcək” – Pezeşkian

“Vəzifəyə gəldiyimiz ilk gündən etibarən ABŞ və İsrail rejimi tərəfindən düşmənçilik və təxribat xarakterli addımlar atılıb. Buna baxmayaraq, İran regionda qeyri-sabitlik axtarmır və qonşu ölkələrlə qardaşlıq münasibətləri inkişaf etdirmək istəyir”.

Bunu İran Prezidenti Məsud Pazeşkian  Pakistanın Ordu Qərargah rəisi marşal Asim Munirlə Tehranda keçirdiyi görüş zamanı deyib.

Pazeşkian qeyd edib ki, ABŞ bu müharibədə qalib gələ bilməyəcək.

İslam dünyasında birliyin vacibliyinə diqqət çəkən Pazeşkian daha sonra deyib: “İran bütün İslam ölkələrini qardaş hesab edir. Bölgədəki müharibələrin və qeyri-sabitliyin kökündə sionist rejimin İslam ölkələri arasında bölünmə yaratmaq cəhdləri dayanır. Buna görə də İslam ümməti birlik və əməkdaşlıq içində hərəkət etməli və müsəlman torpaqlarının müsəlmanlara qarşı istifadəsinə icazə verməməlidir”.

İranın beynəlxalq hüquq çərçivəsinə sadiq qaldığını vurğulayan Pezeşkian bildirib ki, müharibə bitdikdən sonra regional ölkələr davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığı artırmalıdırlar.

“Niyə regional ölkələr öz təhlükəsizliklərini müstəqil şəkildə təmin edə bilmirlər? Avropa öz təhlükəsizliyini NATO kimi mexanizmlər vasitəsilə təmin edərkən, İslam ölkələri də problemlərini ortaq dəyərlərə əsaslanan kollektiv əməkdaşlıq yolu ilə həll edə bilərlər”,-deyə o qeyd edib.

Chosen
20
1
7times.az

2Sources