EN

İlk rübdə əlilliyi olan 30 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-mart ayları ərzində əlilliyi olan 30,2 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Onlardan 15,2 mininə ambulator, 7,5 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Chosen
5
16
publika.az

10Sources