2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 28 milyon 630 min dollar dəyərində 12 min 300 ton ət idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasında bildirilir.
2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 24 milyon 825 min dollar dəyərində 11 min 890 ton ət idxal olunmuşdu.
Beləliklə, Azərbaycan xaricdən ət alışını bu il 3 milyon 805 min dollar və ya 15,3% artırıb.