EN

V Antalya Diplomatiya Forumu öz işinə başlayıb

Antalya.Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Prezident RəcəbTayyib Ərdoğanın himayəsi altında təşkil olunan Beşinci AntalyaDiplomatiya Forumu (ADF2026) Antalyada işinə başlayıb.

Bu barədə Trend-inxüsusi müxbiri xəbər verir.

Bu ilki forumun mövzusu - "Gələcəyi planlaşdırarkən problemlərinöhdəsindən gəlmək” - yaranan çağırışların qabaqcadanproqnozlaşdırılması və onlara operativ reaksiya verilməsininvacibliyini vurğulayaraq daha dayanıqlı gələcəyin qurulmasınadiqqət çəkir. Mövzu gələcək prosesləri qabaqlamağın, risk vəimkanları müəyyən etməyin, strategiyalar hazırlamağın və analitiknəticələri praktik addımlara çevirməyin zəruriliyini ön planaçıxarır.

ADF2026 dövlət başçılarını, siyasətçiləri, diplomatları,akademik dairələrin nümayəndələrini, biznes ictimaiyyətini, KİV vəvətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərəkqeyri-müəyyənliklərin daha effektiv idarə olunması və aktual qlobalproblemlərin həlli ilə yanaşı, gələcək çağırışlara hazırlıqməsələlərinin müzakirəsinə şərait yaradacaq. Forum çərçivəsindəəsas məruzəçilərin çıxışları, panel müzakirələri, interaktivsessiyalar, eləcə də ikitərəfli görüşlər nəzərdə tutulub. Bugörüşlər zamanı iştirakçılar qlobal trendləri və regionalprosesləri müzakirə edəcək, mümkün həll yolları və qabaqcıl təcrübəilə bağlı fikir mübadiləsi aparacaqlar.

Aprelin 19-dək davam edəcək tədbir NEST Konqres və SərgiMərkəzində keçirilir.

Forumun yenidən dialoqun inkişafı, etimadın bərpası vəəməkdaşlığın möhkəmləndirilməsi, həmçinin gələcək nəsillər üçündaha sülhsevər, sabit və dayanıqlı gələcəyə aparan yollarınmüəyyənləşdirilməsi baxımından mühüm platformaya çevriləcəyigözlənilir.

Qeyd edək ki, dördüncü ADF 155 ölkədən iştirakçıları bir arayagətirmişdi. Onların arasında 21 dövlət və hökumət başçısı, 61 nazir(o cümlədən 52 xarici işlər naziri), eləcə də 15 parlament üzvü yeralıb.

Məqalədə:
Chosen
19
8
az.trend.az

2Sources