EN

Ağdam Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub

AĞDAM, 17 aprel. TELEQRAF

Ağdam Rayon Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, təyinatla bağlı müvafiq əmr kollektivə elan edilib, yeni rəis Abbaslı Orxan Habil oğlu artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Ağdam Rayon Dövlət Yol Polisi Bölməsi rayon ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərin intizamının artırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində fəaliyyət göstərir.

Chosen
14
1
teleqraf.com

2Sources