EN

“Qarabağ”ın baş məşqçisi qardaşının kürəkənini niyə QOVDU?

Abbas Hüseynovun «Qarabağ»ın əsas komandasından uzaqlaşdırılması barədə az öncə məlumat vermişdik.

Artıq bunun səbəbini dəqiqləşdirmişik.

Müdafiəçi nizam-intizam kodeksini pozduğu üçün Qurban Qurbanov belə bir addım atmaq məcburiyyətində qalıb. Millinin üzvünün məşq prosesində yol verdiyi yanlış əvəzedici heyətə göndərilməsiylə nəticələnib.

Abbas 2017-ci ildən Ağdam klubunda çıxış edir. Onun müqaviləsi 2 ay sonra başa çatacaq.

Hüseynov Q.Qurbanovun böyük qardaşı Musa Qurbanovun kürəkənədir. Qohumluq münasibətinə baxmayaraq, baş məşqçinin onu «Qarabağ»da saxlamayacağı artıq dəqiqdir.

Daha öncə Samir Mmae eyni aqibəti yaşayıb. Səbəb Mərakeş kökənli legionerin Çempionlar Liqasının pley-off mərhələsinin «Nyakasl»la Bakıda keçirilən ilk oyununun (1:6) fasiləsində etdiyi qeyri-peşəkar hərəkətdir.

Belə ki, Zaqreb «Dinamo»sundan icarəyə götürülmüş mərkəz müdafiəçisi müxtəlif bəhanələr gətirərək, ikinci hissədə meydana çıxmaqdan boyun qaçırıb.

SPORTİNFO.AZ

Chosen
17
sportinfo.az

1Sources