EN

Hidayət Heydərov Avropa çempionatında mübarizəyə başlayır

Tbilisi, 17 aprel, AZƏRTAC

Azərbaycanın daha bir cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu 1/16 finalda Yunanistan təmsilçisi Konstantinos Tsaparasla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.

Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

Müxbir - Aynur Əlixanlı

 

Chosen
10
6
azertag.az

10Sources