Yazını böyüt
Yazını kiçilt
Çin istixana qazlarını izləmək üçün yeni peykini orbitə göndərib.
Hafta.az Sinxua agentliyinə istinadla xəbər verir ki, peyk “Long March-4C” raketi ilə Çinin şimal-qərbində yerləşən Jiuquan Peyk Buraxılış Mərkəzindən buraxılıb.
Buraxılış yerli vaxtla saat 12:10-da həyata keçirilib.
Peyk əvvəlcədən müəyyən edilmiş orbitə uğurla yerləşdirilib.
Qeyd edək ki, bu, “Long March” seriyalı raketlərin 638-ci uçuş missiyası olub.