EN

"Dekabrda bu yuxu kimi idi" -Arda Turan

"Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının yarımfinalına çıxması ilə bağlı fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, "AZ Alkmaar"ı ilk oyunda 3:0 yenən və cavab matçındakı 2:2-lik heç-heçə ilə mərhələ adlayan Ukrayna təmsilçisinin türkiyəli çalışdırıcısı klubun saytına belə danışıb:

"İlk növbədə, "AZ Alkmaar" komandasına mübarizələrinə görə təşəkkür etmək və gələn bazar günü keçiriləcək Niderland Kubokunun finalında onlara uğurlar arzulayıram. Onların böyük potensialı var və bu, bizim üçün həqiqətən dəyərli bir təcrübə idi. 

Matça gəlincə, bizim üçün emosional idi, çünki "AZ Alkmaar" kimi bir rəqibə qarşı oynamaq çox çətin idi. Taktiki baxımdan komandam çox yaxşı oynadı. Yaxşı pressinq edən "AZ Alkmaar" ilə oynamaq asan deyil. Bu matçı hər səhər ümidlə oyanan bütün ukraynalılara, heç olmasa, sabah uşaqların partlayışlar olmadan oyanacağına ümidlə həsr etmək istəyirəm.

Yarımfinalda rəqibimiz “Kristal Palas” olacaq. Premyer Liqanın təmsilçisidir - bu, hər şeyi deyir. Dekabr ayında “Kristal Palas” stadionunda idim və o zaman bu, mənim üçün yuxu kimi idi". 

Chosen
14
1
fanat.az

2Sources