EN

NATO bataqlıq və meşələrlə Rusiya tanklarını dayandırmağı planlaşdırır

NATO-da hesab edirlər ki, vaxtilə qurudulmuş bataqlıqların və qırılmış meşələrin bərpası potensial Rusiya hücumunun qarşısını almaq üçün effektiv, ucuz və ekoloji baxımdan faydalı üsuldur...

Poliqon xəbər verir ki, lakin hərbi ekspert, "Defense Express" nəşrinin təhlilçisi İvan Kiriçevskinin fikrincə, bu ideya Qərb planlaşdırıcılarının düşündüyü qədər uğurlu deyil.

o, xüsusilə "Defense News" nəşrində dərc olunmuş son materiala istinad edir. həmin yazıda bu cür müdafiə yanaşmasının üstünlükləri ətraflı şəkildə izah olunub.

Materialda deyilir: "Mina sahələri və ya sahə istehkamları kimi taktiki maneələr lokal və müvəqqəti xarakter daşıdığı halda, təbii landşaftın müdafiə məqsədilə bərpası daha uzunmüddətli, genişmiqyaslı baryerlər yaradır və hələ ilk atəş açılmamışdan əvvəl döyüş meydanının geometriyasını müəyyən edir".

Yazıda coğrafiya və landşaftın müdafiədə mühüm rol oynadığı bir sıra tarixi nümunələr də göstərilib. Xüsusilə 1941-ci ildə alman "Vermaxt" qoşunlarının yan keçməyə məcbur olduğu Ukrayna-Belarus sərhədindəki Pripyat bataqlıqları və 2022-ci ildə rus qüvvələrinin Xarkov vilayətində Severski Donets çayını keçmək cəhdinin uğursuzluğu qeyd olunub.

Buna əlavə olaraq, bu yanaşmanın ətraf mühit üçün faydalı olması və süni istehkamların tikintisi ilə müqayisədə daha ucuz başa gəlməsi vurğulanır.

İvan Kiriçevski isə bu fikirləri şərh edərkən bildirib ki, ideya yalnız "kağız üzərində" cəlbedici görünür və praktikada bir sıra səbəblərə görə həyata keçirilməsi çətin olacaq. O qeyd edib: "Rusiya ordusunu saxlamaq üçün süni "təbii maneələrin" yaradılmasına sadəcə vaxt çatmaya bilər. Üstəlik, belə layihələrin real xərcləri ilkin hesablamalardan dəfələrlə yüksək ola bilər".

Analitik həmçinin vurğulayıb ki, təqdim olunan tarixi nümunələr düzgün şərh edilməyib. Onun sözlərinə görə, təbii maneələr döyüşlərin tempinə təsir göstərsə də, düşmənin irəliləyişini tam dayandıra bilməyib.

Poliqon.info

Chosen
22
poliqon.info

1Sources