EN

Azərbaycanda bir gündə 70 cinayət açılıb

Son bir gündə 70 cinayətin üstünü açıb, 114 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

Aprelin 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan daha 19 cinayətin açılması təmin olunub.

Hesabat günündə axtarışda olan ümumilikdə 114 nəfər saxlanılıb ki, onlardan 95-i borclu şəxs qismində axtarışda olub.

Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 33 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 11 fakt müəyyən edilib.

Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Gülnar 

Chosen
34
15
anews.az

10Sources