EN

Saat 10:00-da qaz kəsiləcək -

Qəbələ rayonunun Nohurqışlaq kəndində bu gün saat 10:00-dan etibarən 912 abonentin qazı kəsiləcək.Metbuat.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının müvəqqəti dayandırılması kənd sakini Elgün Maqsud qızı Rzayevaya məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Chosen
38
11
metbuat.az

10Sources