Bakı. Trend:
2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən,Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991 milyonkVt·st olub.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbərverir.
Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 6 milyard 66milyon kVt·st, su elektrik stansiyalarında (SES) 510,5 milyonkVt·st, digər mənbələr üzrə isə 414,5 milyon kVt·st, o cümlədənkülək elektrik stansiyalarında 247,7 milyon kVt·st, günəş elektrikstansiyalarında 91,3 milyon kVt·st, Bərk Məişət TullantılarınınYandırılması Zavodunda isə 75,5 milyon kVt·st elektrik enerjisiistehsal edilib.
Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədəkülək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2milyon kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln.kVt·st təşkil edib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə6 milyard 76,8 milyon kVt·st (İES-lərdə 5 milyard 558,6 milyonkVt·st, SES-lərdə 508,1 milyon kVt·st, GES-lərdə 10,1 milyonkVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyonkVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 milyonkVt·st, idxalı isə 35,0 milyon kVt·st olub.