Bakı. Trend:
Avropanın statistika və proqnoz qurumu olan Avrostat (Eurostat)2100-cü ilə qədər Avropa İttifaqı ölkələrində ümumi əhali sayının11,7 faiz vəya 53 milyon nəfərə qədər azalacağınıproqnozlaşdırır.
Trend xəbər verirki, bu barədə Avrostatın rəsmi pres-relizində deyilir.
Proqnozda qeyd olunur ki, Avropa ölkələri əhali sayı baxımındanöz pikini yaxın 3 il ərzində yaşayacaq, belə ki, əhali sayı 453,3milyona çatacaq. 2100-cü ilə qədər isə sayın 398,8 milyon nəfərəqədər azalacağı gözlənilir.
Belə ssenaridə əhalinin azalmasına təsir edən əsas amil kimi,əhalinin qocalma tendensiyası göstərilir.
Proqnoza görə, 2100-cü ilə qədər blokda yaşı 65-yuxarı olanvətəndaşların sayı 22 faizdən 33 faizə yüksələcək.