EN

Qırğızıstanlı aktyor: Canlandırdığım obrazın daxili dünyası yaşadığı çətinliklərlə formalaşıb

Bakı, 17 aprel, AZƏRTAC

“Cəmilə” musiqili - tamaşasında əsas obrazın sevgilisi Danıyar obrazını canlandırıram. Bu, mürəkkəb taleyə malik obrazdır. Həyat boyu özünə yaxın, birlikdə yol gedə biləcəyi insanı axtaran şəxsdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qırğızıstanlı aktyor Kural Çokoyev deyib.

Canlandırdığı obraz barədə ətraflı məlumat verən aktyor qeyd edib ki, müharibə və ağır sınaqlardan sonra doğma yurduna qayıdan Danıyar, nəhayət, öz sevgisi Cəmiləni tapır və bu məqam onun həyat yolunun kulminasiyası sayılır.

“Sevgini tapdıqdan sonra isə o, cəsarətli qərar verərək sevdiyi insanla birlikdə naməlum istiqamətə yola düşür. Danyarın hara getdiyi isə onun üçün də sirr olaraq qalır. Bu obrazın daxili dünyası yaşadığı çətinliklər və keçdiyi sınaqlarla formalaşıb”,- deyə Kural Çokoyev əlavə edib.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Səfiyar Məcnun
Chosen
20
azertag.az

1Sources